İlham Əliyev Koreya xalqını təbrik edib
01 Oktyabr 2011 Şənbə 16:32
Azərbaycan prezidenti koreyalı həmkarına Dövlətin yaranması günü münasibətilə təbrik məktubu göndərib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Koreya Respublikasının prezidenti Zati-aliləri Li Men Baka məktub göndərib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı – Dövlətin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar