İlham Əliyev Kərzaiyə başsağlılı verib
13 İyul 2011 Çərşənbə 19:48
Azərbaycan prezidenti Əfqanıstan prezidentinin qardaşının ölümüdən kədərlənib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Həmid Kərzaiyə baş sağlığı verib. ANS PRESS-in Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Qardaşınız Əhməd Vali Kərzainin qətli xəbərindən son dərəcə kədərləndim.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!” ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar