İlham Əliyev İranın müdafiə nazirini qəbul edib
22 Oktyabr 2011 Şənbə 17:29
Azərbaycan prezidenti Əhməd Vəhidi ilə görüşüb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidini qəbul edib.
Müdafiə naziri Əhməd Vəhidi İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlət başçısına çatdırıb, Prezident Mahmud Əhmədinejadın məktubunu prezident İlham Əliyevə təqdim edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, müxtəlif səviyyədə qarşılıqlı səfərlərin əməkdaşlığımızın bundan sonra da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib.
Dövlət başçısı İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: