İlham Əliyev İordaniya Krallığının baş naziri ilə görüşüb
28 Yanvar 2012 Şənbə 14:14
Görüşdə hər iki ölkənin müxtəlif sahələrdə bir-birinə dəstək verməsinin əhəmiyyəti vurğulanıb.
Davosda prezident İlham Əliyev İordaniya Krallığının Baş naziri Aun Al Xasauna ilə görüşüb.
ANS PRESS-in dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası ilə İordaniya Krallığı arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilən görüşdə hər iki ölkənin müxtəlif sahələrdə bir-birinə dəstək verməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: