İlham Əliyev Fransa prezidentinə başsağlığı verib
02 Mart 2010 Çərşənbə Axşamı 16:40
Bu məqsədlə ölkə başçısı fransalı həmkarına məktub ünvanlayıb
Prezident İlham Əliyev Fransa prezidenti Nikola Sarkoziyə başsağlığı verib.
"Ölkənizdə baş vermiş “Ksintiya” qasırğası nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm",- deyə prezidentin başsağlığı məktubunda qeyd olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: