İlham Əliyev Fransa Konstitusiya Şurasının qərarına münasibət bildirib
29 Fevral 2012 Çərşənbə 12:50
Prezident Fransa Konstitusiya Şurasının bu ədalətli qərarını alqışlayır, bunu söz və fikir azadlığının təzahürü kimi dəyərləndirir.
Məlum olduğu kimi fevralın 28-də Fransa Konstitusiya Şurası qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu ləğv edib. ANS PRESS xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan prezidenti Fransa Konstitusiya Şurasının bu ədalətli qərarını alqışlayır, bunu söz və fikir azadlığının təzahürü kimi dəyərləndirir.

Eyni zamanda dövlət başçısı Fransa Senatının bir qrup üzvünün qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğv edilməsi ilə bağlı Fransa Konstitusiya Şurasına və Fransa ictimaiyyətinə ünvanladığı müraciəti yüksək qiymətləndirir və Fransada bu qəti mövqedə duran bütün insanlara minnətdarlığını bildirir.

"Qeyd etmək lazımdır ki, Fransa Konstitusiya Şurasının bu addımı dünya ermənililiyinin riyakarlığının qarşısına çəkilmiş bir səddir və dünya erməni lobbisinin mənfur fəaliyyətinin iflasa uğramasının növbəti nümunəsidir", deyə məlumatda qeyd olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar