İlham Əliyev Dünya Bankının prezidentini təbrik edib
20 Aprel 2012 Cümə 18:36
Dövlət başçısı Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığına böyük əhəmiyyət verdiyini bildirib.
Azərbaycan prezidenti İlham Əliyev Dünya Bankının prezidenti Cim Yen Kimə təbrik məktubu ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:
"Dünya Bankının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz ölkəmizin Dünya Bankı ilə əməkdaşlığına böyük əhəmiyyət veririk. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində Dünya Bankının yaxından iştirakını məmnunluqla qeyd etmək istərdim. Ümidvaram ki, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası sahəsində qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əməkdaşlığımızın daha da dərinləşdirilməsi naminə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik".
Sonda İlham Əliyev Cim Yen Kimə möhkəm cansağlığı, qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
DOSTLARINLA PAYLAŞ: