İlham Əliyev Dmitri Medvedevə məktub ünvanlayıb
24 Yanvar 2011 Bazar Ertəsi 23:35
Azərbaycan prezidenti İlham Əliyev "Domodedovo" hava limanında baş verənlərlə əlaqədar rusiyalı həmkarına başsağlığı verib.
Prezident İlham Əliyev Rusiya Federasiyasının dövlət başçısı Dmitri Medvedevə "Domodedovo" hava limanında baş verən partlayışla əlaqədar başsağlığı verib. "Hörmətli Dmitri Anatolyeviç! “Domodedovo” aeroportunda törədilmiş terror aktı nəticəsində çoxlu insan tələfatı haqqında xəbər məni dərindən sarsıdıb. Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzulayıram",- deyə prezidentin məktubunda qeyd edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: