İlham Əliyev Danilo Türkə təbrik məktubu göndərib
24 İyun 2011 Cümə 19:25
Azərbaycan prezidenti Sloveniya xalqını Dövlətçilik günü münasibətilə təbrik edib.
Azərbaycan prezidenti İlham Əliyev Sloveniya prezidenti Danilo Türkə təbrik məktubu göndərib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Bu gün Azərbaycan-Sloveniya münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar