İlham Əliyev Dağıstan prezidentinə başsağlığı verib
05 Dekabr 2010 Bazar 19:55
Dövlət başçısı Maqomedsalam Maqomedovun qardaşının həlak olması xəbərindən kədərləndiyini bildirib
Prezident İlham Əliyev dekabrın 5-də Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedova başsağlığı məktubu göndərib. ”Qardaşınız Hacımurad Maqomedovun həlak olması xəbərindən dərindən sarsılmışam. Bu ağır, əvəzsiz itki ilə bağlı dərdinizi bölüşürəm. Sizinlə birlikdə kədərlənirəm. Sizə, bütün doğmalarınıza və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm”, - deyə dövlət başçısının məktubunda vurğulanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar