İlham Əliyev cəbhədə müvafiq tapşırıqlarını verib
06 Avqust 2014 Çərşənbə 18:38
“N” saylı hərbi hissədə Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib.
Son günlərdə cəbhə xəttində vəziyyətin gərginləşməsindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam rayonuna səfər edib və buradakı “N” saylı hərbi hissədə olub.

ANS TV-nin məlumatına görə, müdafiə naziri Zakir Həsənov yaranmış hərbi şərait barədə dövləti başçısına məlumat verib. Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.

Daha sonra Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib.

Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.

İlham Əliyev müvafiq tapşırıqlarını verib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar