İlham Əliyev: "Bu gün ağır, həm də şərəfli bir gündür"
07 Noyabr 2010 Bazar 20:45
"Valideynlərin verdiyi vətənpərvərlik tərbiyəsi Mübarizi və Fəridi mənəviyyat zirvəsinə ucaldıb".
“Bu gün ağır, həm də şərəfli bir gündür”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ermənilərin hücumunu dəf edərkən şəhid olmuş hərbçi Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində çıxış edərkən deyib.
“Mən şəhidlərimizin valideynlərinə, onların qohumlarına, yaxınlarına başsağlığı verirəm. Şəhidlərimizin valideynlərinə minnətdarlığımı bildirmək istəyirəm ki, onlar Vətən üçün belə oğlanlar böyütmüşdülər. Onların verdiyi vətənpərvərlik tərbiyəsi Mübarizi və Fəridi mənəviyyat zirvəsinə ucaldıb. Bu aylar çox ağır keçdi. Siz övladlarınızı itirmisiz. Bundan böyük dərd ola bilməz. Ancaq siz əsl vətəndaş kimi bəyan etmisiz ki, Vətən uğrunda biz hamımız şəhid olmağa hazırıq. Təki vətən sağ olsun”, - deyə prezident vurğulayıb.
Qeyd edək ki, Azərbaycan prezidentinin sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra Azərbayanın Milli Qəhrəmanı adı verilib. Fərid Əhmədov isə "İgidliyə görə" medalı ilə təltif edilib (ölümündən sonra). ANSPRESS
DOSTLARINLA PAYLAŞ: