İlham Əliyev Böyük Britaniyanın baş naziri ilə görüşüb
22 May 2012 Çərşənbə Axşamı 10:38
Görüşdə əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Çikaqoda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Böyük Britaniyanın baş naziri Devid Kemeronun görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf səviyyəsindən məmnunluq bildirilib, bu əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Ölkələr arasında enerji sahəsində əməkdaşlıqdan gözəl nəticələrin əldə olunduğu qeyd edilən görüşdə “bp” şirkəti ilə birgə səylər nəticəsində “Cənub” dəhlizinin yaradılması istiqamətində uğurlu addımlar atıldığı və bu prosesin davam etdirildiyi vurğulanıb.

Bundan əlavə, Əfqanıstanda vəziyyət, bu ölkədə sülhün və təhlükəsizliyin təmin olunmasında birgə əməkdaşlığa böyük əhəmiyyət verildiyi qeyd edilib.
Görüşdə tərəflər arasında bir sıra regional məsələlər barədə fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar