İlham Əliyev: “Biz münaqişənin tez bir zamanda həllini istəyirik”
23 İyun 2011 Cümə Axşamı 01:08
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin münaqişənin həlli prinsipləri ilə bağlı verdikləri bəyanat həvəsləndiricidir.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin münaqişənin həlli prinsipləri ilə bağlı bu yaxınlarda verdikləri bəyanat həvəsləndiricidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının prezidenti Herman Van Rompey görüşdən sonra bildirib. ““Status-kvo” qəbuledilməzdir və dəyişilməlidir, münaqişə özündə ərazi bütövlüyü və xalqların öz müqəddəratını ehtiva edən Helsinki Yekun Aktının sənədləri əsasında həll edilməlidir” bəyanatı bizi olduqca həvəsləndirdi. Ərazilərimiz işğaldan azad olunandan sonra yüz minlərlə azərbaycanlının öz yurd-yuvalarına qayıtmaları üçün biz münaqişənin tez bir zamanda həllini istəyirik”, - deyən Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığının artıq yaxşı tarixinin olduğunu, bu gün Avropanın enerji resurslarımızın əsas istehlakçısına çevrildiyini diqqətə çatdırıbBu ilin yanvarında Bakıda Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun iştirakı ilə imzalanan “Cənub” qaz dəhlizi ilə bağlı bəyannamənin əhəmiyyətinə toxunan dövlət başçısı bu sənədin gələcəkdə Avropanın alternativ, etibarlı və böyük qaz resursları əldə edə bilməsinə imkan verəcəyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Herman Van Rompey isə Avropa İttifaqının öz qonşuluğunda uzun müddət davam edən bu münaqişənin sülh yolu ilə nizamlanmasına güclü dəstək verdiyini vurğulayıb. “Əsas Prinsiplərə əsaslanan sənədi tamamlamaq üçün əlavə cəhdlər göstərməyin vaxtı çatıb”, - deyən Avropa İttifaqının prezidenti münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəklədiyini diqqətə çatdırıb. O, bildirib ki, Aİ-Azərbaycan əlaqələrinin digər mərkəzi elementi enerji sahəsidir və təmsil etdiyi qurum əmindir ki, Azərbaycan Avropa bazarlarını gələcəkdə əhəmiyyətli həcmdə enerji ilə təmin etməyə davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar