İlham Əliyev Belçikanın ölkəmizdəki səfirini qəbul edib
20 Yanvar 2011 Cümə Axşamı 16:45
Görüş Filip Jottardın fəaliyyətinin başa çatması ilə əlaqədar baş tutub.
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Belçika Krallığının ölkəmizdəki səfiri Filip Jottardı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlət başçısı iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.
Prezident İlham Əliyev bu yaxınlarda Belçika Krallığının keçmiş baş naziri Herman Van Rompey ilə görüşünü və Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı ilə bağlı onunla apardığı müzakirələri xatırladıb. Ölkələrimiz arasında əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirən dövlətimizin başçısı Azərbaycan ilə Belçika Krallığı arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.
Səfir ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulayıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövrünün çox maraqlı illərə təsadüf etdiyini dedi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: