İlham Əliyev Belarus prezidentinə başsağlığı verib
12 Aprel 2011 Çərşənbə Axşamı 17:07
"Azərbaycan terrorizmi onun bütün formalarında və təzahürlərində qətiyyətlə pisləyir"
Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkoya başsağlığı verib.

Minsk metropolitenində terror aktı nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbərdən sarsıldığını bildirən İ. Əliyev Azərbaycanın terrorizmi onun bütün formalarında və təzahürlərində qətiyyətlə pislədiyini vurğulayıb.

Ölkə başçısı Azərbaycan xalqı adından və şəxsən öz adından Belarus prezidentinə, həlak olanların doğmalarına və yaxınlarına və bütün Belarus xalqına dərin hüznlə başsağlığı verib, zərərçəkənlərin tezliklə sağalmasını arzu edib.

Qeyd edək ki, aprelin 11-də Minsk metropolitenində törədilmiş terror aktı nəticəsində 12 nəfər həlak olub, 160-dək insan yaralanıb. Xəsarət alanlar arasında bir azərbaycanlı da var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar