İlham Əliyev: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək"
17 Noyabr 2010 Çərşənbə 18:50
İlham Əliyev: "Bunu etmək üçün biz daha da güclü olmalıyıq".
“Azərbaycan Qarabağ probleminin tezliklə beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıdır”. Bu sözləri prezident İlham Əliyev Bakıda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejadla danışıqlardan sonra keçirilən birgə brifinqdə deyib. Qarabağ danışıqlarının son mərhələsi haqqında iranlı həmkarına məlumat verdiyini deyən İlham Əliyev bildirib ki, münaqişə BMT, İKT, ATƏT və digər beynəlxalq təşkilatların müvafiq qətnamələri və qərarları çərçivəsində həllini tapmalıdır.

“Bu yeganə yoldur və Azərbaycan bu məqsədlərə çatmaq üçün öz səylərini davam etdirəcək. Ümid edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bunu etmək üçün əlbəttə ki, biz daha da güclü olmalıyıq”, - deyə dövlət başçısı vurğulayıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar