İlham Əliyev Avropa Parlamentinin sədri ilə viza məsələsini müzakirə edib
22 İyun 2011 Çərşənbə 22:37
Görüş zamanı həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinə toxunulub.
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Avropa Parlamentinin sədri Yeji Buzek ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan ilə Avropa İttifaqı arasında parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi, “Şərq tərəfdaşlığı” Proqramı, Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Müzakirələr zamanı həmçinin Assosiativ saziş, Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar