İlham Əliyev Avropa İttifaqının prezidenti ilə görüşüb
01 Dekabr 2010 Çərşənbə 16:00
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunulub
Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Qazaxıstan paytaxtı Astanada keçirilən sammiti çərçivəsində Avropa İttifaqı prezidenti Herman Van Rompeylə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunub, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.
DOSTLARINLA PAYLAŞ: