İlham Əliyev Almaniyanınxarici işlər naziri ilə görüşüb
23 Noyabr 2010 Çərşənbə Axşamı 18:15
Danışıqlarda ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev bu gün Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri, Almaniya hökumət koalisiyasına daxil olan Azad Demokrat Partiyasının fəxri sədri Hans-Ditrix Genşerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer ölkəmizdə gedən böyük inkişaf prosesləri barədə məlumatlı olduğunu və səfər müddətində Azərbaycanda sürətli iqtisadi inkişafın şahidi olduğunu deyib və bu inkişafın onda dərin təəssürat yaratdığını qeyd edib. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinə toxunan qonaq bu sahədə əldə edilən uğurların əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı son illər Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərindən danışıb. Azərbaycan iqtisadiyyatının ən sürətlə artan iqtisadiyyat olduğunu deyən prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların önəmini qeyd edib.
Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlər, energetika sahəsi və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: