İlham Əliyev Abdulla Gülə məktub göndərib
24 Fevral 2010 Çərşənbə 21:10
Azərbaycan prezidenti türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Abdulla Gülə başsağlığı verib. "Balıkəsir vilayətindəki şaxtada baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!", -deyə dövlət başçısının məktubunda bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar