İKT Azərbaycanla bağlı bəyannamə qəbul edib
20 May 2010 Cümə Axşamı 17:20
Sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.
İslam Konfransı Təşkilatı (İKT) xarici işlər nazirlərinin 37-ci sessiyası bu gün başa çatıb. İKT ölkələrinin sessiyanın yekununa dair qəbul etdiyi bəyannamədə qrumun Azərbaycanın ərazi bütövlüyünü və İranın nüvə proqramını dəstəklədiyi qeyd olunub.
Qurumun baş katibi Ekmələddin İhsanoğlu sessiyanın sonunda bəyan edib ki, İKT ölkələri Dalğıq Qarabağda vəziyyətin tezliklə normallaşmasının və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin tərəfdarıdır.
Xatırladaq ki, İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 37-ci sessiyası öz işinə mayın 18-dən başlamışdı. Azərbaycanı bu sessiyada xarici işlər naziri Elmar Məmmədyarov təmsil edirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: