İkinci Günəş peyda ola bilər
24 Yanvar 2011 Bazar Ertəsi 15:05
Günəşdən 640 işıq ili uzaqda olan Betelqeyze planetinin partlaması bu effekti verə bilər.
Yer kürəsi üzərində ikinci Günəş yarana bilər. ANS PRESS-in məlumatına görə, bu barədə fizik, Avstraliyanın Cənubi Kvinslend Universitetinin əməkdaşı Bred Karter məlumat verib. Onun fikrincə, Betelqeyze planetinin partlayışı o qədər güclü olacaq ki, Yerdə yaşayanlara bir neçə həftə ərzində eyni anda iki Günəşdən zövq almağa imkan verəcək.

Astronomik məlumatlara əsasən, Betelqeyze Günəş sistemindən 640 işıq ili uzaqlıqdadır. Hazırda o, ömrünü başa vurmaq ərəfəsindədir. Belə ki, o, formasını və həcmini itirir.

B.Karter partlayışın bu ilin sonunda baş verməsini istisna etmir. Amma bu, qarşıdakı milyon il ərzində də baş verə bilər. "Qırmızı nəhəng" adlandırılan göy cismində partlayışın nə vaxt verəcəyini dəqiq demək mümkün deyil.

Nyu-Cersi Texnologiya İnstitutunun professoru Fillip Qudanın sözlərinə görə, onun 2011 və ya 2012-ci ilə partayacağı barədə məlumatlar fərziyələrdən və ehtimallardan ibarətdir.

Mistika tərəfdarlarının fikrincə, 2012-ci ildə dünyanın sonunun gəlməsi ilə Betelqeyzenin partlayışı üst-üstə düşür. Belə ki, mistik elmlərin tərəfdarları bu ulduzu şeytanla bağlayırlar. Amma alimlər onları sevindiməyə gecikməyiblər. "Partlayış Yerə hər hansı ziyan vurmaq üçün çox uzaqda baş verəcək", deyə avstraliyalı fizik bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar