İki nazirimiz Ermənistana səfər edib
02 Sentyabr 2009 Çərşənbə 14:20
Səfər zamanı iki ölkənin nazirləri müqavilə imzalayıblar
Azərbaycan cüdoçularının Ermənistanda keçiriləcək Gənclər arasında Avropa çempionatında iştirak etmələri məqsədi ilə bu ölkəyə edəcəkləri səfər zamanı təşkilati məsələlərin müzakirəsi üçün gənclər və idman naziri Azad Rəhimov və Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov bir neçə gün bundan öncə Ermənistana yola düşüblər. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Ermənistanın gənclər və idman naziri Armen Qriqoryan, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov və Ermənistan Cüdo Federasiyasının Prezidenti Aleksan Avetisyan, eyni zamanda Avropa Cüdo Federasiyası və Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri arasında müqavilə imzalanıb.

Müqaviləyə Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günə qədər ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi üçün şəraitin yaradılması, məşqlərin mütəmadi keçirilməsi, Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqlarları ilə bir sırada asılması, idmançımızın 1-ci yeri qazanacağı təqdirdə Azərbaycan bayrağının qaldırılması və himninin səsləndirilməsi və bütün iştirkaçıların bu an ayağa qalxması, BOK tərəfindən səlahiyyətli jurnalistlərin sərbəst şəkildə iştirakının təmin edilməsi, yarış boyu internet xidmətlərindən rahat yararlanma və digər məsələlər daxildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar