II Qaragen Şəhidlər Xiyabanında olmayıb?
03 May 2010 Bazar Ertəsi 14:50
Ermənistanın baş dini qurumu bununla bağlı təkzib yayıb.
Ermənistanın baş dini qrumu olan Eçmiadzinin mətbuat xidməti bütün ermənilərin katalikosu II Qaragenin Azərbaycanda səfərdə olarkən Şəhidlər Xiyabanını ziyarət etməsi faktını təkzib edib.
Qeyd edək ki, Dini Liderlərin Ümumdünya Sammiti çərçivəsində Bakıda səfərdə olmuş bütün ermənilərin katolikosu II Qareginin Şəhidlər Xiyabanını ziyarət etdiyini ANS-ə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə deyib: “Bütün ermənilərin katolikosu II Qareginə dedim ki, gedin görün, Azərbaycanın şəhidlərinə baxın, Qarabağda həlak olan şəhidlərin, orada uyuyan oğulların məzarına baxın. Onlar Şəhidlər Xiyabanına gecə ilə getmişdilər, adamlar olmayan vaxtda gedib baxmışdılar. Həqiqətən də ordakı mənzərədən çox təsirlənmişdilər”.
Erməni saytlarının yazdığına görə, qurum bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib və Bakıdan təkzib veriləcəyinə ümid edir.
"Bu məlumat tamamilə uydurmadır", - deyə qurumdan bildiriblər.
Xatırladaq ki, aprelin 26-da Bakıda Dini Liderlərin Ümumdünya Sammiti öz işinə start verib. II Qaragendə bu görüşdə iştirak edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: