İğdırlılar Roma Papasına ermənilərdən şikayət ediblər
18 İyul 2010 Bazar 00:10
Onlar işğal altında olan Ağdam rayonu ərazisində ibadət evində heyvan saxlanılmasının türk və İslam aləminə qarşı həqarət olduğunu bilidriblər.
Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) Roma Papası XVI Benediktə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında məscidin axura çevrilməsi ilə bağlı məktub göndərib.
Məktubda işğal altında olan Ağdam rayonu ərazisində 1870-ci illərdə inşa edilmiş ibadət evində heyvan saxlanılmasının türk və İslam aləminə qarşı həqarət olduğu qeyd edilib və bu çirkin əmələ son qoyulması üçün xristian dünyasına müraciət ünvanlanıb.
ASİMDER-in sədri Göksel Gülbey AzərTAc-a məktub haqqında məlumat verərək bildirib ki, Türkiyədə və Azərbaycanda kilsələr bərpa edilib qorunduğu halda, ermənilərin bu hərəkəti insanlığa sığmır: “Biz bu hərəkəti qınayırıq və xristian aləminin dini lideri Papaya məktub yazaraq insanlığa zidd olan bu çirkin əmələ son qoyulması üçün ermənilərə xəbərdarlıq etməsini istəyirik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: