“İbrahim Tatlısesin oyandırılmamasını xahiş etdim”
16 Mart 2011 Çərşənbə 01:27
Baş nazirin müavini Tatlısese sui-qəsd edənlərin yaxalanacağını deyib
Türkiyənin dövlət naziri və baş nazirin müavini Bülent Arınc silahlı hücum nəticəsində yaralanan müğənni İbrahim Tatlısesi xəstəxanada ziyarət edib. Tatlısesi gördüyünü deyən Arınc həkilərdən onu oyatmamağı xahiş etdiyini bildirib: “İbrahim Tatlısesi reanimasiyada ziyarət etdim, yatırdı. Həkimlərdən onu oyandırmamağı xahiş etdim”.
Həkimlərin yaralının vəziyyəti barədə ictimaiyyətə verdikləri qədər məlumat verdiyini deyən dövlət naziri Tatlısesin vəziyyətinin yaxşıya getdiyini bildirib: “Həkimlər sadəcə sizə verilən məlumatı təsdiq etdilər. Görünüşü etibarilə tandığımız İbrahim Tatlısesdir. Gözümlə gördüm ki, nəbzi də, nəfəs alması da yaxşıdır. Həkimlər də vəziyyətinin dünənə nisbətən daha yaxşı olduğunu deyib”.
Parlamentin spikeri olduğu dövrdə İbrahim Tatlısesin məclisin həyətində verdiyi konserti xatırladan Arınc bu sui-qəsdi tərtib edənlərin yaxalanacağını deyib: “Ona konsert üçün təklif göndərdiyimiz vaxt çox sevinmiş, “Allah bizə parlamentin həyətində də “Kara üzüm habbesi” (Tatlısesin mahnılarından) oxumağı nəsib etdi” – demişdi. Bu sui-qəsdi törədənlər ən yaxın vaxtda yaxalanacaq”.
DOSTLARINLA PAYLAŞ: