Hüsnü Mübarəkin Xırdalandakı heykəli götürülüb
08 İyun 2011 Çərşənbə 12:58
Misirin sabiq prezidenti Hüsnü Mübarəkin Abşeron rayonunun Xırdalan şəhərinin Azərbaycan-Misir Dostluq Parkındakı heykəli götürülüb.
Bu barədə APA-ya Xırdalan şəhər icra nümayəndəsi Fikrət Orucov bildirib. O, Hüsnü Mübarəkin heykəlinin yerində Misirin simvollarından olan xəttat heykəli qoyulduğunu deyib: “Yeni abidə ümumi simvoldur”.

F. Orucov Xırdalan şəhərində yerləşən 9 saylı orta məktəbin isə bundan sonra H. Mübarəkin həyat yoldaşı Suzan Mübarəkin adını daşımayacağını da deyib: “İndi həmin təhsil ocağı Misir məktəbi adlanır”.

İcra nümayəndəsi H. Mübarəkin heykəlinin parkdan, həyat yoldaşının adının isə məktəbdən hansı səbəbdən götürülməsini isə belə izah edib: “Misirdə prezident dəyişdiyinə görə belə oldu. Ancaq Misirlə dostluğumuz bundan sonra da davam edəcək”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar