Hüsnü Mübarəkin istefasına ilk reaksiyalar
12 Fevral 2011 Şənbə 04:05
Əhməd Davudoğlu: “Misir xalqı üçün xeyrli olsun”
Misir prezidenti Hüsnü Mübarəkin tutduğu vəzifədən istefa verərək ayrılmasına dünya rəsmiləri öz münasibətlərini bildirib. Ümumi qənaət isə hamının bu istefadan razı qalması istiqamətindədir.
Türkiyə Baş Nazirlik rəsmi internet saytı: “Misir xalqının iradəsinin əks olunacağı, konstitusiyaya söykənən demokratiyaya keçilməsini arzu edirik”.
Xarici işlər naziri Əhməd Davudoğlu ictimai şəbəkə saytı olan “Twitter” hesabında bu istefanın misirlilər üçün xeyirli olmasını təmənna edib. “Misir güclü bir dövlətdir. Ümidvaram ki, xalqın tələblərini qarşılayacaq təşəkkül meydana gələcək”.
ABŞ vitse-prezidenti Cozef Bayden: “Misir xalqı üçün tarixi bir gündür”.
AB: “İstefa verərək islahatların qarşısını açdı”.
Almaniya kansleri A. Merkel: “İstefa verərək xalqa xidmət etdi”.
“Ərəb Liqası”nın baş katibi Əmr Musa: “Mübarəkin getməsi bəyaz inqilabdır”.
İran: “Bu misrlilərin böyük qələbəsidir”.
“Həmas”: “Misirdə inqilab başlayıb. Bunu razılıqla qarşılayırıq”.
İsrail: “Ümidvarıq ki, demokratiyaya keçiş qansız təmin olunacaq. Misirlə olan sülh razılaşmamızın pozulmamasını ümid edirik”.
“Müsəlman Qardaşlar”: “Vəədini yerinə yetirən orduy təşəkkür edirik”.
DOSTLARINLA PAYLAŞ: