Hüseyn Dərya tibb bacısına son arzusunu deyib
15 Mart 2014 Şənbə 16:18
Tanınmış reper Hüseyn Dərya 3 saylı şəhər xəstəxanasında vəfat etməzdən əvvəl tibb bacısına son arzusunu deyib.
ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumata görə, Hüseyn Dərya xəstəxanaya daxil olarkən ağır vəziyyətdə olsa da, özündə imiş. O, tibb bacıları və həkimlərlə də danışıb. Hüseyn Dərya deyib ki, axşam saatlarında evdə bacısı ilə dalaşıb və buna görə də əsəbiləşib. Bundan sonra əsəbi halda evdən çıxıb və maşını yüksək sürətlə Mərdəkan qəsəbəsi istiqamətində sürüb.
Adının açıqlanmasını istəməyən tibb bacısı bildirdi ki, Hüseyn Dərya son arzusu olaraq bacısı ilə danışmaq, onu görmək istəyib və onun mobil nömrəsini verib: “Biz Hüseynin bacısına zəng vurduq. Amma o gəlmədi. Dedi ki, baxarıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar