“Humanitar təşkilatların yardım kampaniyasına ehtiyac yoxdur”
12 May 2010 Çərşənbə 16:50
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov belə deyib
“Mayın 11-də prezident İlham Əliyev hadisə ilə bağlı keçirdiyi müşavirədə bəyan etdi ki, subasma zonasında insanlara dəymiş zərər dövlət tərəfindən ödəniləcək. Prezident qeyd etdi ki, Azərbaycan dövləti güclü dövlətdir, öz əhalisinə dəymiş zərəri özü ödəyəcək. KİV-lərdən xəbər tuturam ki, bəzi humanitar təşkilatlar subasma zonasında yardım kampaniyasına hazırlaşırlar. Buna heç bir ehtiyac yoxdur”.

Bunu hazırda subasma zonasındakı operativ qərargahda olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. Nazir söyləyib ki, prezident artıq Fövqəladə Hallar Nazirliyinə müəyyən qədər vəsait də ayırıb. Onun sözlərinə görə, bütün zərərçəkənlər ərzaq, yataq dəsti, tibbi xidmətlə təmin olunub: “Zərərçəkənlərə yardım etmək istəyən insanlara, təşkilatlara təşəkkür edirik. Amma bu yardımlara ehtiyac yoxdur”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar