Hulusi Kılıç: "Bizim heç kimin malında, mülkündə gözümüz yoxdur"
30 Yanvar 2012 Bazar Ertəsi 17:51
Son zamanlar sanki ermənilərlə fransızlar kənarda qalıb, digər qüvvələr Azərbaycanla Türkiyənin arasını vurmaq istəyirlər.
“ Bu, onlar üçün utandırıcıdır”. Bunu Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunmuş toplantıda Türkiyənin Azərbaycandakı səfir Hulusi Kılıç deyib.

"Pis niyyətli insanlar bizə aid deyil, çünki onlar başqalarının göstərişi ilə iki ölkə arasındakı münasibətlərə xələl gətirmək istəyirlər", - deyə Kılıç vurğulayıb.

Qeyd edək ki, Türkiyənin bəzi KİV-ləri ədalətsiz mövqedən çıxış edərək, Azərbaycanın bu məsələ ilə bağlı göstərdiyi reaksiyasını kiçiltməyə cəhd edir və Azərbaycanı heç bir reaksiya verməməkdə günahlandırır.

Səfir deyib ki, Fransa Senatının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməsi Türkiyədə olduğu kimi, Azərbaycanda da etirazla qarşılanıb. Onun sözlərinə görə, Azərbaycanın Prezident Administrasiyası, Milli Məclisi, ictimai təşkilatları kəskin etirazlarını bildiriblər.

"Bizim heç kimin malında, mülkündə gözümüz yoxdur. Biz regionda sülhün və sabitliyin tərəfdarıyıq. Bu gün Türkiyə Xarici İşlər Nazirliyinin öz diplomatlarına verdiyi təlimatda deyilir ki, hansı ölkədə Azərbaycanın səfirliyi yoxdursa, siz orada bu funksiyanı yerinə yetirəcəksiniz", - deyə səfir bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar