Hulusi Kılıc: Azərbaycanın BMT TŞ-dəki yeri türk dünyasının ortaq yeridir
29 Oktyabr 2011 Şənbə 15:10
Bakıda Türkiyə Cumhuriyyətinin yaradılmasının ildönümü qeyd olunub.
Türkiyə Cumhuriyyətinin yaranması ildönümü münasibətilə Bakıda mərasim keçirilib. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc Şəhidlər Xiyabınında türk və Azərbaycan şəhidlərinin məzarlarını ziyarət edib. Türkiyənin bu illər ərzində böyük uğur qazandığını deyən səfir Azərbaycanın beynəlxalq aləmdəki son uğuru, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik edib. O, bunun böyük uğur olduğunu deyib.

“Həqiqətən bu günə qədər illərlə mövcud olan dövlətlər var ki, oraya seçilə bilməyiblər. Ona görə də Azərbaycanın uğuru çox önəmlidir. Prezident İlham Əliyev dediyi kimi o yer Türkiyənin də, türk dünyasının da ortaq yeridir. Biz bundan son dərəcə xoşbəxtik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar