Hollandiyada Heydər Əliyev Fondunun poçt markaları buraxılıb
15 Oktyabr 2010 Cümə 13:05
Markaların üzərində emblemin təsviri ilə yanaşı ingilis dilində "Heydar Aliyev Foundation" sözləri yazılıb.
Niderlandın Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) fəxri sədri Sahil Qasımovun təşəbbüsü və təklifi ilə qurumun sifarişi əsasında ölkənin rabitə nazirliyi rəsmi olaraq üzərində Heydər Əliyev Fondunun embleminin təsvir olunduğu poçt markaları dövriyyəyə buraxıb. Diasporla Iş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, markaların üzərində emblemanın təsviri ilə yanaşı ingilis dilində "Heydar Aliyev Foundation” sözləri yazılıb.

Zərflərin üzərinə yapışdırılması nəzərdə tutulan bu markalı məktublar bütün Avropa ölkələrinə yayılacaq. Azərbaycanın Niderland Krallığındakı Səfirliyi də yeni markanın buraxılması ilə bağlı öz tövsiyələrini verib. Yaxın vaxtlarda yeni markanın təqdimatının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanla bağlı həqiqətləri Avropada yaymaqda xüsusi rolu olan Heydər Əliyev Fondu ilə ölkəmiz barədə onun hüdudlarından çox-çox uzaqlarda yerləşən Hollandiya vətəndaşlarını hərtərəfli məlumatlandıran BAK arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşıq fondun Hollandiyada yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil alması məqsədilə Amsterdam və Rotterdam şəhərlərində açılmış həftə sonu məktəblərini dərslik və dərs ləvazimatları ilə təmin etməsindən, onlara hərtərəfli qayğı göstərməsindən başlayıb. Bundan əlavə, fond Benilüks Azərbaycanlıları Konqresini Azərbaycan həqiqətlərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bəhs edən kitablar, broşurlar və digər əyani vəsaitlərlə təmin edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar