Hitlerin oğlunun Fransada yaşamasına dair sübutlar tapıldı
20 Fevral 2012 Bazar Ertəsi 11:36
Jan-Mari Lore 1985-ci ildə dünyasını dəyişib
Adolf Hitlerin oğlunun bir vaxtlar Fransada yaşamasına dair sübutlar ortaya çıxıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Hitlerin oğlu Jan-Mari Lore 1985-ci ildə 67 yaşında dünyasını dəyişib. Jan-Mari Lore atasının Hitler olduğunu artıq yaşlı olduğu zaman öyrənib. Jan-Mari Lorenin anası Şarlotta Lobe 1917-ci ildə Hitlerlə qısa sevgi macərası yaşayıb.
“Hitlerlə tanış olduğum gün digər qadınlarla odun yığırdıq. Həmin vaxt biz bir alman əsgərinin hansısa rəsm çəkdiyini gördük. Onun nə şəkli çəkdiyi hamı üçün maraqlı idi. Qadınlar gedib ondan nə çəkdiyimi soruşmağımı istədilər”, - deyə Şarlotta Lobe ölümündən bir qədər əvvəl oğlu Jan-Mari Loreyə nəql edib.
Sonradan fürer olacaq əsgər fransızca danışmırdı. Əsgər ilə Şarlotta arasında bir qədər sonra sevgi macərası yaranıb. Bir il sonradan isə bu sevgi macərasının nəticəsi olaraq Jan-Mari Lore dünyaya gəlib.
DOSTLARINLA PAYLAŞ: