Hillari Klintonla görüşən Əhməd Davudoğludan açıqlama
16 Aprel 2010 Cümə 01:25
Əhməd Davudoğlu: “Bazar ertəsi Azərbaycana səfər edəcəm”.
Türkiyənin xarici işlər naziri Əhməd Davuoğlu Vaşinqtonda ABŞ-ın dövlət katibi ilə görüşdən sonra gözlənilməz açıqlama verib. O, mətbuat nümayəndələrinə bildirib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin davam etdirilməsində qərarlıdır: “Qərarlılığımızı həm erməni, həm də amerikalı həmsöhbətlərimizə anlatdıq. Bazar ertəsi Azərbaycana gedəcəm. İran üçün də diplomatiya məsələsində hələ fürsət pəncərəsinin olması qənaətindəyik. Bir həftəyə İrana da səfər edəcəm”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: