Hillari Klinton Qırğızıstana gedir
02 Dekabr 2010 Cümə Axşamı 02:20
O, rəsmi şəxslərlə görüşəcək və tələbələr qarşısında çıxış edəcək
ABŞ-ın dövlət katibi Hillari Klinton Orta Asiya ölkələrinə səfəri çərçivəsində bu gün Qırğızıstanda olacaq. Qırğızıstanın Prezident Administrasiyasının məlumatına görə, dövlət katibi ATƏT-in Astanadakı sammitindən dərhal sonra Bişkekə yola düşəcək. Hillari Klintonun Qırğızıstan paytaxtında prezident Roza Otunbayeva və digər rəsmi şəxslərlə görüşəcəyi, sonra Orta Asiyadakı Amerika universitetində olacaq və mühazirə oxuyacağı gözlənilir. ABŞ-ın dövlət katibinin ABŞ səfirliyində də görüşü, “Manas” hava limanında yerləşən tranzit daşımaları mərkəzinə baş çəkəcəyi planlaşdırlır.
ABŞ-ıen Bişkekdəki səfirliyinin məlumatına görə, Hillari Kliton Bişkekdəki danışıqlar zamanı “tarixi seçkilərdən sonra baş verən siyasi hadisələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri” müzakirə edəcək. Diplomatik nümayəndəlik iki ölkə arasında hazırda konkret hansı məsələlərin daha aktual olduğunu dəqiqləşdirməyib. Diplomatik dairələrdəki mənbə isə bildirib ki, bu məsələlərə Qırğızıstana iqtisadi yardımın göstərilməsi, Əfqanıstandakı koalisiya qüvvələrinə yardım göstərən tranzit daşımaları Mərkəzinin gələcək fəaliyyəti daxildir.
Yerli ekspertlər isə diqqəti bu fakta yönəldirlər ki, Hillari Klinton Qırğızıstana hakim koalisiyanın formalaşmasından dərhal sonra səfər edir və bu, hakimiyyət orqanlarının formalaşmasından sonra ilk yüksək rütbəli Amerika məmurunun səfəri olacaq.
Hillari Klintonun bzü isə bildirib ki, Vaşinqton Qırğızıstana asayişin möhkəsmlənməsi və demokratiyanın qurulmasında yardım edəcək.
DOSTLARINLA PAYLAŞ: