Hillari Klinton: Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll olunmalıdır
06 Fevral 2012 Bazar Ertəsi 01:31
ABŞ-ın dövlət katibi Hillari Klinton Ermənistanın xarici işlər naziri ilə görüşüb.
Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilməlidir. ANS PRESS-in Ermənistan XİN-in internet saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə deyib. Görüş 48-ci Münhen beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində baş tutub.

“ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişə tərəflərinə razılaşma əldə etməkdə və problemin həllində köməkliyi davam etdirəcək”, - Hillari Klinton deyib.

Ermənistan XİN-in məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin hazırkı vəziyəti ətraflı müzakirə edilib.

Edvard Nalbandyan ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik rolunun vacibliyini xüsusi qeyd edib. O, Hillari Klintona Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə keçirilən görüşünün nəticələri barədə məlumat verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar