Hillari Klinton Azərbaycana səfəri başlayıb
04 İyul 2010 Bazar 09:15
ABŞ dövlət katibi Hillari Klinton bu gecə Bakıya gəlib.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri başlayıb. BBC-nin məlumatına görə, dövlət katibi bu gecə paytaxt Bakıya gəlib. O, burada prezident İlham Əliyevlə və sairə dövlət rəsmiləri ilə görüşəcək. Görüşlərdə regional məsələlər, əsasən Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.
Hillari Klintonun həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə də görüşü nəzərdə tutulur. Bu görüşdə söz azadlığı və siyasi həyatda iştirak məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Toronto sammiti zamanı ABŞ, Rusiya və Fransa rəhbərləri münaqişə tərəfləri olan Bakı və İrəvanı münaqişənin sülh yolu ilə həll etməyə çağırmışlar.

Məlumata görə, Klinton Azərbaycandan sonra Ermənistan və Gürcüstanda da olacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar