Hidayət Orucov Gürcüstanda səfərdə olub
20 Noyabr 2009 Cümə 14:00
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov noyabrın 16-dan 19-dək Gürcüstanda səfərdə olub.
Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, H. Orucov səfər çərçivəsində Tiflisdə Heydər Əliyevin abidəsini, Azərbaycanın bir qrup ziyalısının məzarı yerləşən pantionu, Gürcüstanın azadlığı uğrunda həlak olanların xatirəsinə ucaldılmış Qəhrəmanlar Meydanındakı abidəni və Cümə Məscidini ziyarət edib.

H. Orucov səfər çərçivəsində ilk rəsmi görüşünü Gürcüstanın katalikos-patriarxı II İlya ilə keçirib. Daha sonra o, Kvemo Kartli bölgəsinin qubernatoru David Kirkitadze, reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili, Tiflis şəhərinin meri Gigi Uqulava, diaspora məsələləri üzrə dövlət naziri Yulon Qaqoşidze, Gürcüstan parlamentinin vitse-spikerləri Firidon Todua və Rusudan Kervalişvili ilə görüşərək Gürcüstan azərbaycanlılarının din sahəsində üzləşdikləri problemləri, xüsusilə Tiflisdə ikinci məscidin tikilməsi, Bolnisi rayonunun Faxralı kəndində məscidin bərpası ilə bağlı yaranmış vəziyyəti, Azərbaycan kəndlərində xaç-abidələr qoyulması, məscidlərdə fəaliyyət göstərən icmaların dini qurum kimi tanınması və digər məsələləri müzakirə edib.

Komitə sədri Tiflisdə azərbaycanlı icmasının üzvləri ilə də görüşüb, Kaspi və Msxeti rayonlarındakı Azərbaycan kəndlərində olub, Marneuli şəhərində rayonun rəhbərliyi və soydaşlarımızla bir araya gəlib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar