Həzrəti Məhəmməd (Ə.S.) növbəti dəfə təhqir olunub
05 Fevral 2010 Cümə 01:05
Norveçdə nəşr olunan qəzet və "Facebook" səhifəsində İslam peyğəmbəri Həzrəti Məhəmməd (Ə.S.)'ın karikatutrasını yayıb.
Norveçdə nəşr olunan “Dagbladet” qəzeti ilk səhifəsində yasyımladığı karikatura ilə İslam peyğəmbəri Hz. Məhəmmədi (Ə.S.) təhqir edib. Qəzet karikaturanı ölkədə məxfi fəaliyyət göstərən təhlükəsizlik xidməti (PST) əməkdaşlarının "Facebook"da açılmış fanklub səhifəsindən götürüb. Ölkədə yaşayan müsəlmalar hadisəyə kəskin reaksiya bildirib, bir çox insan isə baş verənləri provokasiya kimi qiymətləndirib.
Norveç İslam Şurası (IRN) yazılı bir açıqlama ilə "Facebook" fanklub səhifəsində bu karikaturanın yayılmasına izn verən PST-ni və bunu manşetdə xəbər kimi verən “Dagbladet” qəzetini pisləyib.
PST mətbuat mərkəzi isə fan səhifəsindən bu karikaturanı yayan şəxsin qurumun xaricindən bir nəfər olduğunu, karikaturanın isə fərq olunduğu zaman yığışdırıldığını deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: