"Heydər Əliyevi rəhmətlə anıram"
10 May 2011 Çərşənbə Axşamı 15:10
“Azərbaycan xalqı və türk dünyası üçün göstərdiyi xidmətlərə görə, böyük xidmətini minnət və şükrlə anıram”
Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl Heydər Əliyevin ad günü ərəfəsində müstəqil Azərbaycanın banisi barədə xatirələrini bölüşüb.

“Böyük lider, dəyərli dostum, əziz qardaşım Heydər Əliyevin doğumunda, Heydər Əliyevi rəhmətlə anıram. Azərbaycan xalqı və türk dünyası üçün göstərdiyi xidmətlərə görə, böyük xidmətini minnət və şükrlə anıram. Türkiyə-Azərbaycan dostluğu cənab Heydər Əliyev və tərəfimizdən əvvəlcədən çox yaxşı qurulmuşdu”, - deyə Türkiyənin sabiq prezidenti qeyd edib.

O bildirib ki, Azərbaycanın neft və qaz ehtiyatlarının dünya və Avropaya çatdırılmasına Türkiyə yardım edib və sərvətlərdən əldə edilən gəlir indi Azərbaycanın quruculuğuna sərf edilir. Süleyman Dəmirəl Azərbaycanın 20 il əvvəlki ölkə olmadığını söyləyib.

“Hətta 5 il əvvəlki Azərbaycan deyil. Buradan da bir müstəqil ölkənin nələr edə biləcəyini görürük. Heç nə Türkiyə-Azərbaycan dostluğunda etibarı sarsıtmamalıdır. Əslində buna səbəb də yoxdur. Dostluğu pozmaya deyil, daha yaxşı inkişaf etdirməyə davam etmək lazımdır”, - deyə o vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar