Heydər Əliyev İordaniya, ABŞ və Britaniyada anılıb
11 Dekabr 2010 Şənbə 11:25
Ümummilli liderin vəfatının ildönümü münasibətilə dualar oxunub, ehsanlar verilib
Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü münasibətilə anma mərasimi keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbir iştirakçıları ilk öncə İordaniyanın paytaxtı Əmman şəhərinin şərqində yerləşən yeni salınmış Bədr rayonu ərazisindəki Heydər Əliyev prospektini ziyarət ediblər. Azərbaycanın səfirliyində keçirilmiş mərasimdə səfir E.Araslı, Milli Elmlər Akademiyasının prezidenti M.Kərimov və digər şəxslər çıxış ediblər. Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş video süjetlər nümayiş etdirilib. Tədbirin sonunda ehsan süfrəsi təşkil olunub.

Sabiq prezident vəfatının yeddinci ildönümü Vaşinqtonda keçirilən tədbirdə də anılıb. Şəhərin mərkəzi hissəsində yerləşən İslam Mərkəzinin nəzdindəki məsciddə cümə namazı zamanı Heydər Əliyevin xatirəsi yad edilib, onun ruhuna dualar oxunub. Səfirlik tərəfindən 400 nəfərlik ehsan süfrəsi açılıb.

Heydər Əliyev Londondada anılıb. Anma günü ilə əlaqədar ulu öndərin Londondakı Azərbaycan səfirliyinin binasındakı büstü önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə qonaqlar ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edib, onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən söhbət açıblar. Mərasimdə ümummilli lider Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar