Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olmuş gəncə toy mərasimi keçirib.
02 Fevral 2012 Cümə Axşamı 11:30
Heydər Əliyev Fondu Azərbaycan Gəncləri günü ərəfəsində paytaxtın Səbail rayonunda valideyn himayəsindən məhrum olmuş Tofiq Əhədov üçün toy mərasimi keçirib
. Səbail rayon İcra Hakimiyyətinin (RİH) İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən APA-ya verilən məlumata görə, toyda Heydər Əliyev Fondunun nümayəndələri Məhəbbət Mehdiyeva və İlqar Mustafayev iştirak və çıxış ediblər.

Gənc Tofiq Əhədov ona göstərilən diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Tədbirdə Səbail rayonunun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar