Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan 15 min birinci sinif şagirdinə çant
14 Sentyabr 2012 Cümə 17:27
“Təhsilə dəstək” layihəsi çərçivəsində 2004-cü ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən dərs ilinin əvvəlində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması ənənəyə çevrilib.
Fonddan APA-ya verilən məlumata görə, 2012-2013-cü dərs ili ərəfəsində Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiya qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini çanta və dərs ləvazimatı ilə təmin edəcək. Bu məqsədlə hazırlanmış 15 min çanta artıq məktəblərə paylanıb. Çantada 15 adda dərs ləvazimatı - fənn dəftərləri, üç adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələm və s. var.
Ötən illərdə Fond qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdləri ilə yanaşı, xaricdə yaşayan soydaşlarımıza da öz töhfəsini göndərib. 2008-2009-cu dərs ilində həyata keçirilən aksiya isə bütün ölkə üzrə nəzərdə tutulduğundan birincilərə paylanan çantaların sayı 130 min ədəd olub.
DOSTLARINLA PAYLAŞ: