Həştərxanda Heydər Əliyev adına park açılıb
20 May 2011 Cümə 12:30
Həştərxanda Heydər Əliyev adına park açılıb. Volqayanı körfəz üzərində isə piyada “Dostluq körpüsü” inşa ediləcək.
Rusiyanın Həştərxan şəhərində “Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda ikinci forum çərçivəsində Heydər Əliyev adına park açılıb. Bu barədə “İnterfaks-Cənub” agentliyi xəbər verib.
Tədbir iştirakçıları həmçinin gələcəkdə Volqayanı körfəz üzərində inşa ediləcək piyada “Dostluq körpüsü”nün bünövrəsinə simvolik kapsul qoyublar.
Forumun işində Rusiya və Azərbaycanın mərkəzi və regional hakimiyyət orqanlarının təxminən 500 nümayəndəsi, həmçinin qeyri-hökumət təşkilatlarının, elmi və ekspert cəmiyyətlərinin nümayəndələri iştirak edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: