Həsən Qaşqavi Azərbaycana səfər edəcək
29 Yanvar 2010 Cümə 16:55
İran İslam Respublikasının 31-ci il dönümü münasibəti ilə fevralın 1-də İranın Bakıdakı səfirliyinin ikinci binası istifadəyə veriləcək.
Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İskəndəri məlumat verib. Onun sözlərinə görə, yeni istifadəyə veriləcək binada səfirliyin konsulluq şöbəsi yerləşəcək. Binanın açılışında İran xarici işlər nazirinin hüquqi və konsulluq məsələləri üzrə müavini Həsən Qaşqavi, İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami və digər şəxslər iştirak edəcəklər. Elə həmin gün Bakının Fəhlə prospektində yerləşən İran vətəndaşları üçün nəzərdə tutulan məktəbdə İranda islam iİnqilabının 31-ci ildönümü münasibəti ilə tədbir keçiriləcək. APA
DOSTLARINLA PAYLAŞ: