“Hərbi ritorika Qarabağ münaqişəsinin həllini əngəlləyir”
06 Aprel 2010 Çərşənbə Axşamı 12:30
Avropa komissarı Ştefan Fulye belə deyib: “Hərbi ritorika Qarabağ münaqişəsinin həllini əngəlləyir”.
"Hərbi bəyanatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyəcək”. Bu sözləribu gün İrəvanda Avropa İttifaqının (Aİ) genişləndirmə və Avropa qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Fulye Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə birgə keçirilən mətbuat konfransında bildirib.
“Mən Azərbaycan tərəfinin konkret bəyanatları ilə tanış deyiləm, lakin deyə bilərəm ki, hərbi ritorika Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyəcək”, - deyə Fulye qeyd edib.
Avropa komissarı bildirib ki, güc tətbiq etməmə və güc tətbiqi təhlükəsindən imtina prinsipləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi zamanı tətbiq olunan digər beynəlxalq prinsipləri tamamlamalıdır.
Fulye bununla yanaşı qeyd edib ki, Aİ təkcə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun səylərini dəstəkləmir, həmçinin Qarabağ da daxil olmaqla regionda etibarın möhkəmləndirilməsi üzrə konkret proqramlar reallaşdırır. Avropa komissarı əminliyini bildirib ki, Aİ instrumentariləri münaqişənin sülh yolu ilə nizamlanmasına imkan yaradacaq.
Xatırladaq ki, Ştefan Fulye bu gün İrəvana gəlib. Ermənistana səfər çərçivəsində Fulyenin rəhbərlik etdiyi nümayəndə heyətinin prezident Serj Sarkisyan və baş nazir Tiqran Sarkisyanla görüşləri planlaşdırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: