Hərbi əsirlərlə bağlı danışıqlar davam edir
04 Noyabr 2010 Cümə Axşamı 18:50
Beynəlxalq Qızıl Xaç Komitəsi bu istiqamətdə səylər göstərir.
Beynəlxalq Qızıl Xaç Komitəsi erməni hərbçiləri tərəfindən qətlə yetirilmiş və Ermənistanda saxlanılan iki azərbaycanlı hərbi qulluqçunun meyitinin qaytarılması üçün danışıqları davam etdirir. Bu haqda məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə rəhbəri Paskal Mej Vaqner verib.
“Biz Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxanda sonuncu görüşü zamanı hərbi və mülki şəxslərin qaytarılması, Beynəlxalq Qızıl Xaç Komitəsinin burada vasitəçi kimi göstərilməsi ilə bağlı qəbul etdiyi bəyənnaməni alqışlayırıq. Təkrar olaraq neytral vasitəçi missiyasını yerinə yetirməyə hazırıq. Bunu isə ancaq geri təhvil veriləcək şəxsin öz arzusu olarsa, yerinə yetirəcəyik”,- deyə BQXK-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə rəhbəri Paskal Mej Vaqner bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: