Hərbi çağırışla bağlı "qaynar xətt" yaradılıb
30 İyun 2011 Cümə Axşamı 10:10
Xətt çağrışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək imkanı yaradacaq.
Müdafiə Nazirliyin təşkilat səfərbərlik idarəsində "qaynar xətt" yaradılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, "qaynar xətt" hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal aradan qaldırılması məqsədilə yaradılıb.

Həmçinin çağrışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları "qaynar xəttin" bu telefon nömrələrinə 438-61-10, 439 90 28, 439 23 55 zəng edə bilərlər.

Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən "etimad xəttinin" telefon nömrələrinə 438-61-31, 438 61 74, 439 23 76 zəng etmələri xahiş olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar